Qazaxıstanda qanunverici orqanın yuxarı palatası yeni konstitusiya layihəsini müzakirəyə çıxarıb.
Unikal.org Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin "Kabar" agentliyi məlumat yayıb.
Bildirilib ki, parlamentin yuxarı palatası olan Jokorqu Keneş konstitusiya layihəsini müzakirə edəcək. Bir qrup deputatın təşəbbüsü ilə irəli sürülən layihə bundan əvvəl ekspert qrupunun, hüquqşünas və digər mütəxəssislərin dinləmələrində müzakirə olunub. Həmçinin yeni konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılmaq üçün ictimai diskussiya mərhələsini tamamlayıb.