İranda ötən sutka ərzində 67 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 59 184 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, ölkədə ötən 24 saat ərzində  8042 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 542 076 nəfərə çatıb. Virus daşıyıcılarından 3 684 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 317 612  nəfər koronavirusdan sağalıb.