Ermənistanda yüksək vəzifə tutan hakimiyyət təmsilçilərini təhqir etməyə görə olan cəzalar sərtləşdiriləcək.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, artıq layihə hazırdır. Sözügedən layihədə dövlət vəzifəsi tutan şəxslərin şərəf və ləyaqətinin alçaldılması, habelə işgüzar nüfuza xələl gətirməyə görə olan cəzaların sərtləşdirilməsi nəzərdə tutulub.

Prezident, baş nazir və digər postlar da bura daxildir. Layihənin yaxın vaxtlarda qəbul edilməsi gözlənilir.