Mərkəzi Afrika regionunda yerləşən ölkələrdən Çadda kənd təsərrüfatı işçiləri arasında silahlı insident yaşanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, olayda 35 nəfər həyatını itirib.
Bildirilib ki, həlak olanlardan biri hərbçi olub. İnsidentin səbəbləri və detalları açıqlanmayıb.
Qeyd edək ki, Çadda fermerlər arasında tez-tez analoji insidentlər baş verir.