Ukraynada karantin rejiminin aprelin 30-dək uzadılmasına qərar verilib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin baş naziri Denis Şmıqal bildirib.
Onun sözlərinə görə, gələn həftədən etibarən ölkə koronavirus infeksiyası ilə əlaqədar dörd səviyyəli adaptiv karantinə keçəcək.
Hökumət rəhbəri, həmçinin qeyd edib ki, qərar layihəsinə əsasən, karantin 22 fevraldan 30 aprelə qədər uzadılacaq.