Almaniyanın səhiyyə naziri Yens Şpan koronavirusun yeni ştammları barədə danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, alman nazir pandemiya ilə mübarizənin davam etməli olduğunu əlavə edib.

"Koronavirusun mutasiyaya uğramış ştammları sürətlə yayılır. Bunun qarşısını almaq üçün fərdi tədbirlər zəruridir. Sosial məsafə, gigiyenik qaydalara əməl etmək önəmlidir. Həmçinin dövlət də öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcək", - deyə Yens Şpan bəyan edib.