"Microsoft"un icraçı direktoru Bill Qeyts etdiyi açıqlamalarla yenidən gündəm yaradıb. 

Unikal.org xəbər verir ki, o, qonaq olduğu proqramların birində kosmik yarışda iştirak etməməsi barədə söhbət açıb. 

Belə ki, Bill Qeyts,  Ceff Bezos və  İlon Maskında iştirak etdiyi kosmik yarışda iştirakın vacib olmadığını bildirib.  Mask kimi  "marslı" olmadığını ifadə edən Bill, ona xərclənən pulu peyvənd, iqlim və sağlamlıq üçün ayırmağı üstün tutmağı qeyd edib. 

Proqramda "İqlim fəlakətinin qarşısını necə almaq olar" kitabını təqdim edən Qeyts, Bezos və Maskdan fərqli olaraq kosmosa bilet almayacağını da bildirib.