Avropa Birliyi "Moderna" dərman istehsalı şirkətindən daha 150 milyon dozalıq koronavirusa qarşı vaksin tədarük edəcək.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə AB Komissiyasından məlumat verilib.
Bildirilib ki, artıq razılaşma imzalanıb və 150 milyon dozalıq vaksinin tədarükü yaxın zamanlarda reallaşacaq.
Qeyd edək ki, daha öncə AB bu şirkətdən 160 milyon dozalıq vaksin idxal edib. Avropa müxtəlif istehsalçı şirkətlərdən ümumilikdə 2 milyard 600 milyon dozalıq COVID-19 əleyhinə vaksin almağı nəzərdə tutub.