Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 110 milyon nəfəri ötüb.

Unikal.org  pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, hazırda dünyada koronavirusa 110 milyon 147 min 600 nəfər yoluxub. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 2 milyon 432 min 492 nəfərə, sağalanların sayı isə 84 milyon 971 min 957 nəfərə çatıb.

ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir. Burada koronavirusa 28 milyon 385 min nəfər yoluxub. Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 10 milyon 942 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib. Bu göstəriciyə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Burada pandemiya dövrü ərzində 9 milyon 921 min nəfər virusa yoluxub.