Narkotik vasitələrin və psixotrop maddәlәrin qanunsuz dövriyyәsində təqsirləndirilən Bakı şəhər sakini Abdullayeva Günel Yusif qızının cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Unikal.org-un məlumatına görə, iş Faiq Qəniyevin icraatındadır. 

Günel Abdullayeva Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinir.

Qeyd edək ki, o, ötən il Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri ərazisində saxlanılıb. Paytaxt sakininin üzərinə baxış zamanı 395 qram heroin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Günel Abdullayevanın Yasamal rayonunda yaşadığı evdən 7 kiloqram 150 qram heroin, 780 qram metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Murad İbrahimli