Heydər Əliyev prospektində qəza baş verən hissədə yük avtomobili  kənara çəkilib.

BNA-dan Unikal.org-a verilən məlumata görə, hərəkət qismən bərpa olunub. Yolda sıxlıq var.

***

11:29

Bakının Heydər Əliyev prospektinin köməkçi yolunda qəza baş verib.

Unikal.org bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu səbəbdən yolda hərəkət tam dayanıb, bütün ekspress və müntəzəm xətt avtobusları hazırda şəhər istiqamətində hərəkət edə bilmir.