Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir təyin olunub.

Unikal.org xəbər verir ki, bu vəzifəyə Tərlan Əziz oğlu Hacızadə təyin olunub.

Qeyd edək ki, Tərlan Hacızadə 1971-ci ildə Sumqayıt şəhərində anadan olub.

O, 1993-cü ildə Ağdərə rayonu Madagiz yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşdə mina partlayışı zamanı ağır yaralanıb. II qrup Qarabağ əlilidir.(apa)