İsrail və Fələstin koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlıq edəcək.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər məlumatı təsdiqləyib. İsrail və Fələstin səhiyyə nazirlərinin görüşündə bu barədə razılığa gəlinib.

Əməkdaşlıq pandemiya ilə mübarizədə müxtəlif tədbirləri əhatə edəcək. Əsasən, COVID-19-un yeni ştammına qarşı birgə mübarizədən söhbət gedir. Vaksinasiya prosesinin təşkilində əməkdaşlığın edilib-edilməyəcəyi məlum deyil.