İsrailin baş naziri Benyamin Netanyahunun Bəşər Əsədlə gizli sövdələşmə gerçəkləşdiriyi barədə məlumatlar yayılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Suriya sərhədlərini pozduğu iddiası ilə saxlanılan İsrail vətəndaşının Əsəd rejimi tərəfindən azad olunması üçün Netanyahunun Əsədə 1.2 milyon ABŞ dolları dəyərində koronavirusa qarşı vaksin aldığı deyilir.

İsrail mətbuatında yayılan məlumatlara görə, Netanyahu Əsəd rejimi üçün Rusiyadan 1.2 milyon dollarlıq "Sputnik V" vaksini tədarük edib. Vaksinlərin Dəməşqə çatdırılacağı da qeyd olunub. Yayılan məlumatlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.