Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 111 milyonu ötüb.

Unikal.org-un verdiyi xəbərə görə, dünyada koronavirusa yoluxanların sayı 111 333 461 nəfərə çatıb.

COVID-19-dan ölənlərin sayı 2 465 542, xəstəlikdən sağalanların sayı isə 86 214 013 nəfərdir.

Qeyd edək ki, koronavirusa yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk sıralardadır.