Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artmaqda davam edir.
Unikal.org Worldometers saytına istinadən xəbər verir ki, dünya ölkələri üzrə yoluxma sayı 111 654 017-yə çatıb.
Pandemiya qurbanlarının sayı 2 472 387 nəfərdir. İndiyədək 86 819 096 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Hazırda 94 min pasiyentin vəziyyəti ağır qiymətləndirilir.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 381 841 nəfər koronavirusa yoluxub, 10 715 xəstə dünyasını dəyişib.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.