İranda ötən sutka ərzində 74 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 59483 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 7931 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1574012 nəfərə çatıb. Virus daşıyıcılarından 3689 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1344791 nəfər koronavirusdan sağalıb.