"Türkiyədəki terror hücumlarının təxminən 55-60 faizi xaricdən gələn təhriklərlə təşkil edilir".
Unikal.org xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu "A Haber"ə müsahibəsində deyib.
“Keçən il Türkiyədə kamikadzelərin də iştirak etdiyi 248, bu ilin əvvəlindən isə ölkədə 21 terror hücumunun qarşısı alınıb”, - deyə nazir bildirib.
Soylunun sözlərinə görə, kəşfiyyat xidmətləri, Silahlı Qüvvələrin Baş Qərargahı, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi terrorizmlə mübarizədə koordinasiyalı çalışırlar.
Daxili işlər naziri Türkiyə hökumətinin səyləri nəticəsində 2016-cı ilin 15 iyulundan bəri 893 nəfərin terror təşkilatlarının sıralarını tərk etdiyini deyib.