Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterriş koronavirusa qarşı vaksinlərlə bağlı danışıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, BMT baş katibi vaksinlərin əlçatanlığı ilə bağlı problemlərin olduğunu bəyan edib.
"Vaksinlərin 75 faizini 10 ölkə alıb. Amma 130 ölkə bircə doza da vaksin ala bilməyib. Bu məsələ artıq insan haqları məsələsidir", - deyə A.Quterriş söyləyib.