Gürcüstanda sabiq baş nazir, oliqarx Bidzina İvanişvilinin evinin qarşısında aksiya keçirilib.
Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, aksiyaçılar səssiz etiraz metodunu seçiblər. Onların əsas tələbi iqtidarın növbədənkənar parlament seçkiləri keçirməsidir.
Hazırda İvanişvilinin evinin önündə ictimai asayişin bərpa olunduğu bildirilib.