Ermənistan mətbuatında yayılan məlumatlara görə, baş nazir Nikol Paşinyana qarşı sui-qəsd təşkil olunub.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, məlumat qeyri-rəsmidir. Belə ki, İrəanda yerli vaxtla 10:45-də baş nazirin avtomobil karvanına silahlı hücum olduğu deyilir.
Silahlıların sayının 3 nəfər olduğu, hadisə yerindən qaçdıqları bildirilir. Məlumata görə, Nikol Paşinyan ağır yaralanıb və xəstəxanaya çatdırılıb.