Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Moldovadakı Qaqauz muxtariyyətinin başçısı İrina Vlax arasında görüş keçirilib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu barədə sosial şəbəkə hesabında məlumat verib.
"Qaqauz Yerinin başqanı İrina Vlaxla məhsuldar bir görüş keçirdik, əməkdaşlıq imkanlarımızı müzakirə etdik. Qaqauz soydaşlarımız Moldova ilə dostluq körpümüzdür. Onlara hər sahədə dəstək verməyə davam edəcəyik", - deyə Çavuşoğlu qeyd edib.