Bakıda 20 yaşlı qızın intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Unikal.org-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sevil Atakişiyevanın fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai Rayon prokurorluğunda Cinayət Məclləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb:
"Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirlərinin həyata keçirillir".