Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından başlayaraq turizm sektorunun əsas elementlərindən biri olan iaşə müəssisələrinin fəaliyyətində yaranmış tənəzzül hələ də davam etməkdədir.
Dövlət Statistika Komitəsindən Unikal.org-a bildirilib ki, yanvar ayında ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni ayı ilə müqayisədə 3,2 dəfə azalaraq 35,5 milyon manat olub.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,8 faizi hüquqi şəxslərin, 57,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar ayı ilə müqayisədə 3,1 dəfə azalaraq 14,9 milyon manat olub.