Türkiyədə qətlə yetirilən qanuni oğru Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevə məxsus “Neon” restoranında keçirilən əməliyyat zamanı dörd nəfər saxlanılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, saxlanılan Əfqan Quliyev, Camal Həsənov, Aydın Aydınlı və Azər Şıxıyevin üzərindən narkotik vasitə və silah aşkarlanıb. Məhkəməninin qərarı ilə saxlanılan dörd şəxsin barəsində həbs qətimkan tədbiri seçilib. Onlar 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Orxan Həsənli