Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, 1993-cü il təvəllüdlü Siyavuş Pənahov arvadı, 1995-ci il təvəllüdlü Gülşən Pənahovanı qısqanclıq zəminində döyüb və ona küt alətlə xəsarət yetirib.
S.Pənahov daha sonra dostu, 1996-cı il təvəllüdlü Misafi Cəfərova çoxsaylı bıçaq xəsarətləri yetirib.
Misafi Cəfərov qarının kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır (apa).