Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Baş nazirin müavinin iştirakı ilə keçirilən iclasın əhəmiyyətindən danışıb.

Unikal.org xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabınsa yazıb:

"Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə keçirilən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 11-ci iclasında ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində görülmüş işləri müzakirə etdik", - deyə nazir qeyd edib.