“Xocalı soyqırımını dünyaya çatdırmaq, haqlı mübarizəsində Azərbaycanın yanında olmaq lazımdır”.
Unikal.org xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop parlamentdə Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə keçirilən foto və rəsm sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.
“Bəşəriyyət tarixində qara ləkə olan Xocalı faciəsini ürəyimizdə yaşayırıq”, - deyə M. Şentop vurğulayıb.
TBMM sədri bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində günahsız insanları hədəf almayıb.
“Türkiyə bundan sonra haqlı mübarizəsində azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək”, - deyə M. Şentop qeyd edib.