“Tesla” və “SpaceX”in qurucusu İlon Maska məxsus Starlink şirkətinin layihəsi baş tutmayıb.
Unikal.org xəbər verir ki, ev sahibliyi üçün Fransanın Saint-Senier-de-Beuvron kəndi seçilib. 350 nəfərdən ibarət olan kənd sakinləri İlon Maskın bu layihəsinin keçirilməsini istəməyib.
Bununla bağlı açıqlama verən kənd bələdiyyə sədri, "Maskın həyata keçirəcəyi layihənin insan və ya heyvan sağlamlığına dair siqnallar verəcəyindən narahatıq. Ehtiyat olaraq layihədən imtina etdik",-deyə ifadə edib.