Salyan Rayon Polis Şöbəsinin əməkdaşları Qaraçala qəsəbəsi ərazisində qanunsuz ov edən qəsəbə sakini C.Vəliyevi saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, ondan müvafiq sənədləri olan “Baykal” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.