Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 74 nəfər vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.
Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 9205 nəfər COVID-19 infeksiyasına yoluxub.
Gün ərzində yeni növ koronavirusdan sağalan xəstələr 10 282, ağır xəstələr isə 1195 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 683 971 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 556 785 nəfər sağalıb, 28 432 nəfər isə həyatını itirib.