Ağstafa rayonunda karantin rejimini pozan kafe aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Unikal.org-a verilən məlumata görə, Ağstafa RPŞ əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.
Obyekti icarə əsasında işlədən - Famil Yolçuyev və müştərilər- Nuranə Abduyeva, Etibar Atakişiyev, İlkin Yolçuzadə, Xanbaba Dünyəmov və Şərafət Məmmədova saxlanılaraq RPŞ-yə gətirilib.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə N.Abduyeva 300 manat miqdarında cərimə edilib, E. Atakişiyev 15 sutka, F.Yolçuyev 20 sutka, İ.Yolçuzadə 7 sutka, X. Dünyəmov 15 sutka, Ş. Məmmədova isə 5 sutka müddətində inzibati qaydada həbs edilib.