Meksikalı idmançı Saul Alvares Dünya Boks Şurası (WBC) və Ümumdünya Boks Assosiasiyası (WBA, "super" prefiksi ilə) versiyaları üzrə 76.2 kiloqrama qədər çəki dərəcəsində dünya çempionu titulunu qoruyub.

Unikal.org xəbər verir ki, görüş Mayamidə (ABŞ, Florida) keçirilib və 12 raunddan ibarət olub. S.Alvares döyüşün üçüncü raundundan sonra türkiyəli rəqibi Avni Yıldırıma texniki nokautla qalib gəlib.

30 yaşlı meksikalı boksçunun rekorduna indi 55 qələbə (37 KO), bir məğlubiyyət və iki heç-heçə daxildir. O, ilk dəfə WBC və WBA versiyaları üzrə çempion titulunu ötən il 20 dekabrda britaniyalı Kallum Smiti məğlub edərək qazanıb.