Rusiyalı millət vəkili Dimitri Klepikovun işçiləri həddən artıq içki içdiyi səbəbi ilə onu polisə şikayət ediblər.
Unikal.org xəbər verir ki, polis əməkdaşları tərəfindən bölməyə aparılan vəkillə polislər arasında qalmaqal yaranıb. Belə ki, Dimitri polislə mübahisə edərək onu döyüb. Yaralanan polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Vəkil isə sutkalıq həbs edilib.