İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) videokonfrans formatında ondördüncü Zirvə toplantısı keçirilir.
Unikal.org xəbər verir ki, iclasda təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları iştirak edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edir.
Toplantıya müşahidəçi ölkə kimi Şimali Kipr Türk Respublikasının prezidenti Ərsin Tatar da qatılıb.
Qeyd edək ki, İƏT hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılıb. Təşkilat 1964-1979-cu illərdə fəaliyyət göstərən Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı sayılır. 1992-ci il noyabrın 28-də 7 ölkə - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan İƏT-ə qoşulub və hazırda təşkilatın 10 üzv ölkəsi var. İƏT-in genişləndiyi həmin gün təşkilatın təqvimində “İƏT günü” kimi qeyd edilir.
****09:51
Bu gün Azərbaycanın da iştirakı ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) videokonfrans formatında Zirvə toplantısı keçiriləcək.
Unikal.org xəbər verir ki, iclasda üzv ölkələrin dövlət və hökumət başçıları iştirak edəcək.
Toplantıya müşahidəçi ölkə kimi Şimali Kipr Türk Respublikasının prezidenti Ərsin Tatar da qatılacaq.