Müğənni Xuraman Şuşalı illər əvvəl çəkdirdiyi açıq-saçıq fotolarını sosial şəbəkələrdə yayan şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.
Unikal.org xəbər verir ki, o, bu barədə "MTV" kanalına müsahibəsi zamanı qeyd edib.
İfaçı bildirib ki, həmin görüntüləri silməyənlərdən şikayətçi olacaq:
“Əvvəla, xahiş edirəm ki, o görüntüləri silin. Açıq şəkildə görünməyimə haram qoymuşam. Tez-tez açıq və qapalı formada olan görüntülərimi kollaj edib yayırlar. İcazə vermirəm. Bu məsələni hüquqi yolla həll edəcəm”.