Ən çətin vəziyyətdə qalan musiqiçilər oldu. Biz müğənnilər bir başqa cür əziyyət çəkdik. Amma musiqiçilər tam başqa. Onlar günlük işləyən insanlardır. Nə qədər arxalarında pul olsa da, bir il dayana bilməzdilər. İstərdik ki, musiqiçilər haqqında aidiyyatı qrumlar düşünsün. Pandemiya nə qədər olacaq bilinmir. Başqa problem də yarana bilər. Bunlar çörəksiz qalacaq".
Unikal.org xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Xəbər-ətər" proqramında deyib. Sənətçi pandemiya ərəfəsində sənət adamlarının işsiz və gəlirsiz qalmasından söz açıb. O bildirib ki, ən çox əziyyəti musiqiçilər çəkir:
"Çoxları ailəlidir, evinə çörək aparmalıdır. Müğənnilər isə oxumağı unutmuşuq".
Roza telekanalların sənət adamlarına qarşı diqqətsiz olduğunu deyib:
"Gənclərə yer vermirlər. Özüm "Bakı vaxtı ilə" adlı proqram aparıram. Novruz bayramı üçün çəkiliş edirdim. 5 sözünü demiş ifaçı çağırdım, qalan gənclərə üstünlük verdim. Cavanlara yol verilməlidir, onlar çoxlarından istedadlıdırlar"