Dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də 8 Mart tarixi Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir.
Unikal.org Azərbaycanın tanınmış simalarının bayram gününü necə və kimlərdən hədiyyə gözləməsi barəsində sorğu keçirib.
Xalq artisti Firəngiz Mütəllimova bayram günündən xüsusi bir gözləntisi olmadığını bildirib:
"Hər zaman keçirlən bir bayramdır. Bu bayramda qohumlarım, yaxınlarım və tələbələrim zəng edib təbrik edirlər. İndi ki, zamanda hər şey onlayn keçirilir. Ola bilər ki, tələbələrim, sevənlərim gül buketi hədiyyə etsinlər. Hər zamankı kimi, 8 Mart çalışan qadınların bayramıdır. Və çalışıram ki, həmin gün əhvəl-ruhiyyəm yüksək olsun. Hədiyyə olaraq da heç kimdən dahiyənə nəsə gözləmirəm. Bildirim ki, mən hər zaman özümə qarşı diqqətcil bir xanımam. Həmçinin bütün azərbaycanlı qadınları bayram münasibətilə təbrik edirəm. Bizim qadınlarımız güclü qadındır. Mən dünyanın çox yerin gəzmişəm, amma bizim qadınlar qədər gözəl qadın görməmişəm”.
Müğənni Roza Zərgərli isə özəl gündə övladlarından hədiyyə gözlədiyini söyləyib:
"8 Marta ən maraqlı aldığım hədiyyəni heç xatırlamıram. Hər zaman olduğu kimi qalsınlar, özlərinə dəyər verib, sevsinlər. Bir qadın kimi xoşbəxt olsunlar”.
Azərbaycan Respublikasının Xalq artisti Flora Kərimova isə bayramı qeyd etməyəcəyini ifadə edib:
“Mən bayramı necə keçirə bilərəm? Yüzlərlə şəhid anası, bacısı, yoldaşı var. Hansı bayramdan söz gedir? Bu qədər qadın başını oğlunun, ərinin baş daşına vurur. Öpür, qucaqlayır. Onlar bayram keçirə bilmirlər. Saçları ağappaq, üzləri solmuş... Bu bir qadının başına gələcək ən böyük dərddir. Buna görə bayram keçirilməməlidir”- deyə bu bayramı qeyd edənləri qınayıb.
Gülayə Mecid