Uşaqlıq illərində görmə qabiliyyətini itirən müğənni Mətin Şəntürk gələcək həyatında görmək istəmədiyini bildirib.
Unikal.org xəbər verir ki, bu barədə 54 yaşlı sənətçi qəzetlərin birinə müsahibəsində deyib:
"Kök hüceyrə müalicəsi ilə 10 sonra görməyən, eşitməyən adam qalmayacaq. Mən görmək istəmirəm. Bu qədər zaman sonra mavi və yaşılın necə görünməsi məni maraqlandırmır. İlahi təqdirdir, belə düşünürəm".
Qeyd edək ki, müğənni uşaqlıqda masadan yıxılaraq görmə qabiliyyətini itirib.