Astara rayonunda əmioğlanları arasında dava olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Şəmətük kəndində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Musa Arzuman oğlu Ağayevlə əmisi oğlu, 1994-cü il təvəllüdlü Amil Qəyyum oğlu Ağayev arasında şəxsi münasibətlər zəminində münaqişə əlbəyaxa davaya çevrilib.

İlkin məlumata görə hər iki şəxs bir –birinə bıçaqla xəsrət yetiriblər. Amil Ağayevin vurduğu bıçaq zərbəsi Musa Ağayevin ürək nahiyəsinə dəyib. O, hadisə yerində keçinib. Əmisi oğlunu qətlə yetirməkdə şübhəli bilinən A.Ağayev isə ayaq nahiyəsindən bıçaq yarası alıb. Mərhumun meyidi Məhkəmə Tibbi Ekspertiza və Pataloji anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.