Bakıda həyat yoldaşını yatdığı yerdə öldürən qadın əməlindən peşman olmadığını deyib.
Unikal.org xəbər verir ki, İctimai televiziya hadisənin baş verdiyi ünvandan reportaj hazırlayıb. Qonşular həyat yoldaşını öldürən 41 yaşlı Günay Şıxəliyevanı sakit təbiətli şəxs kimi xarakterizə ediblər. Bildirilib ki, qadının əri 45 yaşlı Mahir Şıxəliyev ona davamlı işgəncə verib. Ailə münqaişəsindən bezən qadın sonda dəmir linqlə ərini öldürüb.Onların birgə nikahdan iki yeniyetmə övladı var.
Qeyd edək ki, faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.