Böyük Britaniyada son sutka ərzində 6609 nəfər koronavirus infeksiyasına yoluxub.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 4 248 286 nəfərə çatıb.

Ötən 24 saatda daha 175 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 125 343 nəfərdir.