Türkiyənin Çorum vilayətində məktəbdə dəhşətli hadisə baş verib.  

Unikal.org Türkiyə KİV-nə istnadən xəbər verir ki, Sərvət.B oğlu ilə dalaşan  8-ci sinif şagirdi 14 yaşlarında olan Tunç T. Və  Kaan H. ilə məktəbin avtobusunda mübahisə edib. 

Mübahisə zamanı əsəblərinə hakim ola bilməyən Sərvət.B üzərində daşıdığı silahla şagirdləri güllələyib. Cinayətkar ata hadisə yerindən qaçıb. Yaralı şagirdlər təcili yardımla xəstəxanaya aparılsa da onların həyatların xilas etmək mümkün olmayıb. 

Polisin keçirdiyi əməliyyatla şagirdləri öldürən cinayətkar ata saxlanılıb. 

Məlum olub ki, öldürülən uşaqların ailəsi ilə, Sərvət.B-nin ailəsi arasında keçmişdən qalma qan davası olub və 4 il öncə ailələr barışdırılıb. 

Bildirilir ki, keçmiş kənd bələdiyyə sədri Sərvət.B-nin həyat yoldaşı da saxlanılıb. Onun həyat yoldaşının saxlanılmasına səbəb hadisədən əvvəl həmin iki uşağı danlaması olub.