Daxili işlər orqanları tərəfindən qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bəhrəmtəpə qəsəbə sakinləri F.Maqsudov və R.Əsədovda müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngi aşkarlanıb.
Digər əməliyyatı Şabran Rayon Polis şöbəsinin əməkdaşları keçirib.
Əməliyyat tədbiri ilə Xəlilli kənd sakini F.Məmmədovdan müvafiq sənədləri olmayan nömrəsi silnmiş “TOZ-16” markalı ov tüfəngi və 10 ədəd patron götürülüb.