"Türkiyə Silahlı Qüvvələri hazırda ölkəmizin və qədim köklərə sahib millətimizin haqq və mənfəətləri qorumaq üçün ciddi mücadilə aparır".

Unikal.org xəbər verir ki, bu sözlər  Türkiyə milli müdafiə naziri Hulusi Akara aiddir.

H.Akar fikirlərini belə tamamlayıb:

“Dost və qardaş ölkələrin haqq və mənfəətlərini müdafiə etmək, onların haqlı davalarında yanlarında olmaq üçün İraqın şimalında, Suriyanın şimalında, Liviyada, Əfqanıstan, Kosovoda, Azərbaycanda və digər coğrafiyalardan gərgin mübarizə aparırıq”.