Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə "28 Mall" Ticarət Mərkəzinin qarşısında olub.

Avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Hüseynli Sona Tolik qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Fakt araşdırılır.