Ermənistanda maskalı şəxs Gümrüdə yerləşən 102 saylı Rusiya bazasının hərbi qulluqçusu və həyat yoldaşına hücum edib.

Unikal.org  erməni mətbuatına istinadən xəbər verir ki, martın 10-da Şirak əyalətinin Gümrü rayonunda saat 21:00-da elektrik enerjisi kəsilib. Bu zaman 40 yaşlı Roman Romanov enerji təchizatının nə zaman bərpa olunacağını öyrənmək məqsədilə həyətə çıxıb.

Sonra R.Romanovun həyat yoldaşı Siruş V. həyətdən səslər eşidib və çölə çıxıb. Həyat yoldaşının üzündə maska olan naməlum şəxslə dalaşdığını görən qadın bu zaman qışqıraraq qonşuları köməyə çağırıb və polisə müraciət edəcəyini bildirib.

Bundan sonra maskalı şəxs ona da hücum edib və bıçaqla xəsarət yetirdikdən sonra ərazidən uzaqlaşıb.