Ermənistanda son sutka ərzində 486 nəfər koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 178 385 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 2 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3255-ə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 837 nəfərdir. Aktiv xəstələrin sayı 8113 nəfər təşkil edir.