İranın paytaxtında partlayış baş verib.

Unikal.org xəbər verir ki, partlayış Tehranın Pakdəşt bölgəsində  yaşayış  binasında baş verib.

Hadisə nəticəsində 11  nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.  

Partlayışın dəqiq səbəbi bilinməsə də, hadisənin partlayıcı maddə vasitəsilə törədildiyi bildirilir.