Nigeriyanın təhlükəsizlik qüvvələri bir qrup silahlı şəxsin Kaduna əyalətində 300-dən çox məktəblini qaçırmaq cəhdinin qarşısını alıb.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, şagirdlərin təhlükə ilə bağlı xəbərdarlığından sonra ərazidəki təhlükəsizlik qüvvələrinin üzvləri hadisə yerinə gəliblər. Basqınçılar onlarla qarşıdurmaya tab gətirməyərək qaçıblar.

Qeyd edək ki, cümə günü Kaduna əyalətində daha bir kollecdən 30 məktəbli qaçırılıb. Nigeriyanın Niger ştatında isə bir kəndə silahlı hücum nəticəsində 19 nəfər oğurlanıb. Hökümət baş verənlərin fonunda ölkədə bütün orta məktəblərin iki həftəlik bağlanması haqqında qərar verib.